ABŞ-də uzun illərdir yaşayan azərbaycanlı tanınmış aparıcı yenidən gündəmə gəlib.
Məlum olub ki, tele-radio sahəsində fəaliyyəti ilə tanınan Səxavət Nur illər sonra görüntülənib.
Milli.Az xəbər verir ki, o, müğənni Roza Zərgərli ilə görüşüb. Sözügedən səmimi anlar izləyicilərin marağına səbəb olub.
Qeyd edək ki, sənətçinin çıxışı Brooklyndə təşkil olunacaq və diaspor nümayəndələri arasında böyük maraq doğurur. Bu görüş isə sosial şəbəkələrdə diqqətdən yayınmayıb və izləyicilər tərəfindən maraqla qarşılanıb.
Musa
Milli.Az
















