“Ana olmağı heç İSTƏMİRƏM”

“Ana olmağı heç İSTƏMİRƏM”

Türkiyəli aktrisa Cemre Baysel şəxsi həyatı və gələcək planları ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Kanal D-də yayımlanan "Güller ve Günahlar" serialında rol alan aktrisa son iştirak etdiyi verilişdə karyerasından münasibətlərinə qədər bir çox mövzuya toxunub.

Baysel 15 yaşından etibarən aktyorluq fəaliyyətinə başladığını xatırladaraq, təhsil və çəkiliş prosesini paralel şəkildə aparmağın çətinliklərindən danışıb. O, bu dövrün ona ciddi intizam qazandırdığını bildirib.

Verilişdə ən çox diqqət çəkən məqam isə onun ana olmaqla bağlı fikirləri olub. Aktrisa gələcəkdə ana olmağı planlaşdırmadığını qeyd edərək, bu mövzuda konkret bir xəyalının olmadığını vurğulayıb.

Bundan əlavə, o, həyatında uğur əldə etmək üçün yalnız arzu etməyin kifayət etmədiyini, bunun üçün zəhmət və səbir lazım olduğunu bildirib.

Bir müddət əvvəl yarış pilotu Cem Bölükbaşı ilə münasibətinə son qoyan aktrisa, şəxsi münasibətlərdə mübarizə apardığını, lakin nəticə alınmadıqda zorla davam etdirmədiyini də əlavə edib.

Hüseyn
Milli.Az