“Autizmli övlad yetişdirmək çox çətindir” - Xatirədən kövrək çıxış

“Autizmli övlad yetişdirmək çox çətindir” - Xatirədən kövrək çıxış

İnfluenser Xatirə Yüzbəyova Bakı Metropoliteninin təşkilatçılığı ilə Autizm fərqindəlik ayı çərçivəsində həyata keçirilən Nəqliyyatda mavi ritm tədbirində iştirak edib.

OLAY yazır ki, Xatirənin tədbirdəki çıxışı iştirakçıları və izləyiciləri kövrəldib.

Hər iki övladı da autizm sindromu ilə dünyaya gələn Xatirə çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib.

O, övladlarını böyüdərkən yaşadığı çətinliklərdən söz açıb. Həmin anları paylaşan Xatirə bunları yazıb:

“Daha çox insana çatmaq ümidi ilə paylaşıram. Bütün mesajlarınızı görürəm, bunu özüm kimi bütün analar adından paylaşıram, bu çətin yolda sizin dəstəyiniz bizə güc verir”.

Xatırladaq ki, Xatirə aktyor-rejissor Taleh Yüzbəyovla evlidir.