Maykl Ceksona qarşı yeni ittihamlar irəli sürüldü

Maykl Ceksona qarşı yeni ittihamlar irəli sürüldü

Amerikalı pop ulduzu Maykl Ceksonun yaxın dostlarından birinin övladları mərhum müğənninin varislərinə və nümayəndələrinə qarşı yeni məhkəmə iddiası qaldırıblar.

Milli.Az xəbər verir ki, iddia ərizəsində qeyd olunur ki, müğənni azyaşlılarla yaxınlaşmaq və öz hərəkətlərini gizlətmək üçün xüsusi "uşaq şifrələrindən" istifadə edib. 

Sənəddə müğənninin azyaşlıları intim hərəkətlərə sövq etmək üçün "Görüşə gələ bilərəm?", "Yoqi-çay", "Neverlend" və "Disneylendə gedək" kimi ifadələrdən istifadə etdiyi qeyd olunur. Həmçinin bildirilir ki, Cekson uşaqları spirtli içki qəbuluna təşviq etmək üçün də şərti adlara əl atıb: şərabı "İsanın şirəsi", daha güclü spirtli içkiləri isə "Disneylend şirəsi" adlandırıb.

İddiaçıların sözlərinə görə, müğənni uşaqlarda ətrafdakılara qarşı qorxu və inamsızlıq formalaşdırır, baş verənləri gizli saxlamağa çalışırdı. 

Milli.Az