Nadir hallarda ictimaiyyət qarşısına çıxan Ancelina Coli yenidən görünüşü müzakirələrə səbəb olub.
OLAY yazır ki, sosial şəbəkələrdə 50 yaşlı aktrisanın üzündəki dəyişikliklər yenidən diqqət mərkəzinə düşüb.
Coli Atlantadakı “Spelman College”də keçirilən “Pearls of Purpose Foundation” tədbirində iştirak edib. Burada onun övladlığa götürdüyü qızı Zaxara təhsil alır.
Bununla yanaşı, sosial mediada Colinin yenə üzünün sol tərəfini saç telləri ilə gizlətməyə çalışdığı, sağ gözünün isə sola nisbətən daha böyük göründüyü müzakirə olunub.
“Onun gözlərinə nə olub?”, “Əvvəlki gözəlliyindən əsər-əlamət qalmayıb”, “Üz gərmə çox olub” kimi fikirlər İnternetdə yer alıb.


















