“Hər mövzuda özünə PR qazanmaq lazım deyil” - İzzətə görə mübahisə etdilər

“Hər mövzuda özünə PR qazanmaq lazım deyil” - İzzətə görə mübahisə etdilər

Müğənni Almaxanım Əhmədlinin "Pərvizə görə” verilişində dayısı İzzət Bağırov haqqında səsləndirdiyi fikirlər gündəm olub.

OLAY yazır ki, müğənninin açıqlamasına klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu instaqramda şərh yazaraq münasibət bildirib:

"Almaxanım, əziz dostum! Sən həqiqətən də sənətkarsan. Səni hələ heç kim tanımırdı, amma mənim yaxşı yadımdadır - Yaşıl Teatrda İzzətin konserti olanda, mən də orada musiqi rəhbəri idim. O vaxt səni böyük tamaşaçı qarşısına məhz İzzət çıxarmışdı. Yəqin ki, unutmamısan?”.

Almaxanım isə Hüseynə story-də cavab verib:

“Hüseyn, əziz dostum, Vüqar Əhmədin dayıma dəstək olmağını mən deməmişdən əvvəl dayım özü efirdə öz dilindən dəfələrlə səsləndirib. Özündən soruşsan, o da təsdiqləyər. Söhbət AzTV illərindən gedir. Yaxşı olar ki, bilmədiyin mövzulara qarışmayasan. Yaşıl Teatrdakı konsert mövzusuna gəlsək, o konsert efirə gedəndə mənim ifam kəsilib. Bu sadəcə bir müsahibədir. Hər mövzuya baş qoşmaq məcburiyyətində deyilsən. Hər mövzuda özünə prim qazanmaq lazım deyil. Hərə öz işiylə məşğul olsa, daha yaxşı olar”.