6 mövsüm boyunca məşhur türk serialı “Yasak Elma”da Ender və Yıldız obrazlarını canlandıran Eda Ece və Şevval Sam yenidən bir araya gəlir.
OLAY yazır ki, iki yaxın rəfiqə Polat Yağcının prodüserliyini etdiyi “Düğünümüz Var” adlı layihədə yenidən kamera qarşısına keçəcək.
Layihə ekranda komediya serialı gözləntilərini qarşılamağı hədəfləyir və bir çox məşhur olmaqla ümumilikdə 26 tanınmış simanı bir araya gətirəcək.

















