Rusiyanın Xalq artisti Filipp Kirkorov keçmiş həyat yoldaşı Alla Puqaçovanın səhnə həyatının müxtəlif dövrlərini əks etdirən kukla kolleksiyasını nümayiş etdirib.
OLAY yazır ki, o, bu kolleksiyanı artıq uzun illərdir toplayır. Qeyd edək ki, Primadonna özü bu kolleksiyanı görməyib, çünki o və Kirkorov artıq yeddi ildir əlaqə saxlamırlar.
Keçmiş həyat yoldaşları əlaqə saxlamasalar da, Kirkorov Alla Borisovna haqqında ən gözəl xatirələri qoruyub saxlayır. O, evliliklərini gülümsəyərək xatırlayır və münasibətlərdə yol verdiyi səhvlərə görə təəssüfləndiyini bildirir.
“Biz ayrılanda inciklik var idi. ‘Nəyə görə?’ deyə düşünürdüm, sonra isə nə üçün olduğunu anladım. Evlilik dövründə səhvlər etmişəm. Lazımi diqqəti göstərmirdim, halbuki hər bir qadın, xüsusilə də böyük bir qadın buna ehtiyac duyur. Ailə həyatı iki tərəfli bir oyundur, amma mən yalnız öz oyunumla məşğul idim: karyeramı qururdum”- deyə o bildirib.
















