Məşhur britaniyalı müğənni Dua Lipa və aktyor Kallum Törner sentyabr ayında Palermo şəhərində evlənməyə hazırlaşırlar.
OLAY yazır ki, toyun keçiriləcəyi həftə ərzində lüks bir otelin tamamilə bağlandığı iddia olunur.
Villa İgiea adlı tarixi otelin xüsusi tədbir üçün rezerv edilməsi barədə söz-söhbətlər bu ehtimalları gücləndirib. Bu otel daha əvvəl də bir çox yüksək səviyyəli toy və xüsusi tədbirlərə ev sahibliyi etməsi ilə tanınır.
Digər tərəfdən, Palermo şəhərinin cütlük üçün xüsusi əhəmiyyət daşıdığı da deyilir. Onların ötən yay burada birlikdə istirahət etdikləri və Dua Lipanın sosial mediada bu şəhər üçün “ürəyimdədir” ifadəsini işlətdiyi məlumdur.


















