“Şeytan Prada Geyinir 2”nin növbəti premyerası baş tutub

“Şeytan Prada Geyinir 2”nin növbəti premyerası baş tutub

Londonda “Şeytan Prada geyinir 2” filminin Avropa premyerası baş tutub.

OLAY yazır ki, qırmızı xalçadan baş rolların ifaçıları və digər məşhurlar keçiblər. Onların arasında Enn Heteuey, Meril Strip, Emili Blant, Stenli Tucci, Donatella Versace, eləcə də şahzadə Diananın qardaşı qızları Kitti, Eliza və Ameliya Spenser də olub.

43 yaşlı Enn Heteuey şəffaf detalları olan dar “Versace” brendinə məxsus libasda olub. 76 yaşlı Meryl Strip qırmızı-qara-ağ rənglərdə “Prada” kombinasiyası ilə görünüb. 70 yaşlı Donatella Versace isə filmin davamında özünü canlandıran aktrisa kimi çiyinləri açıq, sadə qara paltara üstünlük verib.