Keçmiş “Gözəllik kraliçası” öldürüldü!

Keçmiş “Gözəllik kraliçası” öldürüldü!

Meksikalı keçmiş gözəllik kraliçası Karolina Flores Qomez öz mənzilində ölü tapılıb.

OLAY yazır ki, 27 yaşlı Qomez baş nahiyəsindən güllə yarası ilə tapılıb. Hüquq-mühafizə orqanlarının şübhəsi mərhumun yaxınlarına yönəlib. İlk növbədə isə onun qayınanası Erika Mariya şübhəlilər arasındadır. Məlumata görə, Karolinanın öldüyü vaxt əri və qayınanası mənzildə olublar.

Mexiko prokurorluğu bildirib ki, istintaq davam edir.

Qeyd edək ki, Karolina Flores Qomez 2017-ci ildə “Miss Teen Universe” titulunu qazanıb.