Dünyaca məşhur model Kendal Cenner və aktyor Ceykob Elordi arasında münasibət barədə yayılan şayiələr təsdiqini tapıb.
OLAY yazır ki, cütlük artıq iki aydan çoxdur ki sevgilidir. Onlar fevralın əvvəlindən etibarən şübhəli dərəcədə tez-tez birlikdə vaxt keçirməyə başlayıblar. Cütlüyü müxtəlif tədbirlərdə dəfələrlə birlikdə görüblər, lakin onlar münasibətlərini rəsmi şəkildə təsdiqləməyiblər.
Məlumata görə, tanışlığın təşəbbüskarı Kendalın kiçik bacısı Kayli Cenner olub. Kayli müxtəlif tədbirlərdə tez-tez Ceykobun yanında olub və məhz o, böyük bacısı Kendalı ciddi münasibətə yönləndirib.
Qeyd edək ki, ilk şayiələr Castin Biberin “Coachella”dakı çıxışından sonrakı məclisdə yaranıb. Orada cütlüyün birlikdə şəkilləri çəkilib. O vaxtdan bəri onlar bir neçə ictimai tədbirdə birlikdə görülüblər.

















