Bir müddət əvvəl verilişi bağlanan aparıcı Xoşqədəm Baxşəliyeva sosial şəbəkədə diqqət çəkən paylaşım edib.
Milli.Az xəbər verir ki, o, şəxsi həyətində kartof əkdiyini açıqlayıb. Aparıcı paylaşdığı videoda yalnız kartof deyil, müxtəlif meyvə və tərəvəzlərin, eləcə də gül-çiçəklərin becərilməsi ilə məşğul olduğunu göstərib.
Qeyd edək ki, son dövrlər yerli televiziya kanallarında yayımlanan bəzi proqramların məzmunu ilə bağlı narazılıqlar artıb. Etik normaların pozulması ilə bağlı müzakirələr fonunda bir sıra verilişlərin yayımı dayandırılıb. Bu layihələr arasında "Səni axtarıram" proqramı da yer alırdı.
Hüseyn
Milli.Az
















