Əməkdar artist Rafael İsgəndərov illər sonra “Məhəllə 2”nin Moskvada çəkildiyi məkana üz tutub.
OLAY yazır ki, ekran işində “Qüdrət“ obrazına həyat verən sənətçi bu barədə instaqramda paylaşım edib.
Ekran işinin lentə alındığı hoteldən video paylaşan İsgəndərov bunları yazıb:
“Bu film komediya janrında çəkilib. Amma bilmirəm siz necə, mən son zamanlar bu filmə baxanda çox kədərlənirəm”.
















