Mehinin ad günündə aldığı ən bahalı hədiyyə...

Mehinin ad günündə aldığı ən bahalı hədiyyə...

Müğənni Mehin Hümbətovanın ad günü məclisində bir çox sənət dostu qonaq olub.

Xalq artisti Tünzalə Ağayeva, Əməkdar artistlər Abbas Bağırov Lalə Məmmədova, müğənnilər Günel Zeynalova, NURAN, İzzət Bağırov, Azad Şabanov, Namiq Qasımov və aparıcı Zümrüd Bədəlova kameramız qarşısına keçərək Mehinə xoş arzularını açtdırıb.

Onlardan kimisi sənətçiyə xoşbəxtlik, kimisi sağlamlıq, kimisi isə karyerada uğur arzulayıb.

Mehin isə özünü çox xoşbəxt hiss etdiyini, ad günündə aldığı ən bahalı hədiyyənin Nazim Məmmədovun ona bəstələdiyi mahnı olduğunu söyləyib.

O, gecədəki geyimlərinin Aynur Xəlilova imzası daşıdığını bildirib. Mehin bacısı Günel Hümbətovanın Amerikada olduğu üçün ad günündə iştirak edə bilmədiyini, ondan başqa balaca bacısının, anasının və bütün ailə üzvlərinin yanında olduğunu deyib.

Dizayner Aynur Xəlilova isə Mehin üçün daha çox parıltılı detallara üstünlük verdiyini bildirib.

OLAY gecədən özəl kadrları təqdim edir: