Sosial şəbəkələrdə Azərbaycanın mərhum sənətkarları - Aftandil İsrafilov və Mirzə Babayev ilə bağlı arxiv görüntülər yayılıb.
Milli.Az xəbər verir ki, yayılan videoda sənətkarların məclislərin birində birlikdə rəqs etdikləri anlar əks olunub. Xüsusilə onların səhnə xaricində nümayiş etdirdikləri rəqs performansı izləyicilərin diqqətini cəlb edib.
Məlumata görə, görüntülər məclislərindən birində lentə alınıb və qısa zamanda sosial platformalarda geniş yayılıb. Kadrlarda daha çox Aftandil İsrafilovun oynadığı anlar diqqət çəkir və izləyicilər tərəfindən maraqla qarşılanır.
Çoxsaylı sosial şəbəkə istifadəçiləri sənətkarların sadəliyini, sənətə olan sevgisini vurğulayıb, onların ifaçılıqla yanaşı, rəqs bacarıqlarını da yüksək qiymətləndiriblər. Şərhlərdə mərhum sənətkarlarla bağlı xatirələr və xoş sözlər də yer alıb.
Qeyd edək ki, hər iki sənətkar Azərbaycan musiqi mədəniyyətində özünəməxsus iz qoyub və bu cür arxiv görüntülər onların yaradıcılığına olan marağın hələ də davam etdiyini göstərir.
Musa
Milli.Az
















