Dünyaca məşhur Amerikalı repçi Eminemin ailəsində artım var: onun övladlığa götürdüyü qızı Alayna Skott ilk dəfə ana olub.
OLAY yazır ki, Alaynanın qız övladı dünyaya gəlib, uşağın atası isə həyat yoldaşı Mett Mellerdir. Onlar 2023-cü ildə, yeddi illik münasibətdən sonra evləniblər.
Sevindirici xəbəri Alayna özü paylaşıb və yeni doğulmuş körpənin ilk fotosunu yayımlayıb. O, körpənin üzünü göstərməməyi seçsə də, bir şəkil və səmimi sözlər paylaşıb:
“Ürəyim bədənimdən çıxır. O, hər şeydir və daha artığıdır. Skotti Mari Meller, 14 aprel 2026. Bu dünyaya xoş gəldin, əzizim!” - deyə Eminemin qızı yazıb.

















