Hacı Əliyev mayor rütbəsi aldı

Hacı Əliyev mayor rütbəsi aldı

Güləş üzrə 4 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyev mayor rütbəsi alıb.

OLAY yazır ki, idmançı bu barədə instaqramda məlumat verib:

“Bu gün həyatımda unudulmaz günlərdən biri oldu. Hacı Əliyev olaraq, Dövlət Sərhəd Xidmətinin rəisi cənab general-polkovnik Elçin Quliyev tərəfindən mayor rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir. Göstərilən etimada görə təşəkkür edir, Vətənə xidmət yolunda daha böyük əzmlə çalışacağımı bildirirəm. Azərbaycan Respublikasına xidmət edirəm!“.