Müğənni Amina Şirin maraqlı açıqlaması ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, sənətçi "Öz Aramızda" proqramında qonaq olarkən keçirdiyi estetik müdaxilələrlə bağlı səmimi etiraflar edib. O bildirib ki, vaxtilə dodaqlarını böyütmək üçün əməliyyat etdirib və süni dolğular istifadə olunub.
Amina Şirin qeyd edib ki, sonradan bu dolğuların çıxarılması üçün yenidən əməliyyat olunub:
"Dodaqlarım çox böyük idi. İçərisini yararaq vaxtilə vurulan süni gelləri çıxardılar. Təxminən 6 aya yaxın isti və soyuq suyu hiss etmirdim".
Müğənni əlavə edib ki, hazırda daha təbii görünüşə üstünlük verir və yeni üsullara müraciət edir:
"İndi isə təbii dolğu etdirmişəm. Çünki gel çıxarıldıqdan sonra dodaqda müəyyən əyriliklər yaranır".
Onun bu etirafı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər arasında həm dəstək verənlər, həm də estetik müdaxilələrin risklərini qabardan rəylər yazanlar üstünlük təşkil edib.
Musa
Milli.Az

















