Türkiyədə üç məşhurun narkotik test nəticələri müsbət çıxdı

Türkiyədə üç məşhurun narkotik test nəticələri müsbət çıxdı

Məşhurlara qarşı davam edən narkotik istintaqı çərçivəsində saxlanılan şəxslərin Adli Tibb Qurumundakı analiz nəticələri bəlli olub.

Milli.Az xəbər verir ki, aktrisa Hafsanur Sancaktutan, müğənni Emir Can İğrek və Ogün Alibaşın test nəticələri pozitiv çıxıb.

Məhkəmə Tibb Ekspertizasının hesabatında qeyd olunur ki, hər üç şəxsin saç nümunələrində kokain və onun metabolitlərinə rast gəlinib.

Qeyd edək ki, qan və sidik analizləri maddənin son bir neçə gündə istifadəsini göstərdiyi halda, saç analizi maddənin aylar əvvəl belə istifadə edildiyini üzə çıxara bilir. Bu səbəbdən saç nümunələrində kokain tapılması hüquqi baxımdan ciddi bir sübut sayılır.

Lalə Qüdrətova
Milli.Az