Xalq artisti Aygün Səmədzadə növbəti açıqlamaları ilə diqqət çəkib.
OLAY yazır ki, bu barədə o, “Nazim danışır” layihəsində danışıb. Sənətçi ad çəkmədən bəzi həmkarlarına söz atıb:
“Azlığın içində daha yaxşı seçim edirsən, yaddaşına mahnılar həkk olunur. Onların içində zəifləri də olub. Ad çəkməyəcəyəm, elə bəstəkarlar var ki, titulları olub, mahnıları çox zəifdir, mahnı da deyillər. Lakin bu gün o mahnıları kimsə oxusa, yada düşəcək ki, bu müğənni oxuyub. Müğənnilər həm daxilən, həm zahirən o qədər hörmətliydilər ki... Zaman keyfiyyətri dəyişmir. Keyfiyyətsiz mahnı o vaxt da keyfiyyətsiz olub. Keyfiyyətsiz müğənni o vaxt da keyfiyyətsiz olub. Baxmayaraq ki, indi bəzilərini korifey musiqiçilər kimi təqdim edirlər. Baxıram ki, bunları dinləyən insanlar ölməyib. Bunlar vaxtında nə oxuyub, bilirik, indi “mənəm-mənəm” deməklə deyil”.
















