Mərdan “Əllərini uzat, gülüm”ə yeni nəfəs verdi

Mərdan “Əllərini uzat, gülüm”ə yeni nəfəs verdi

Xalq artisti Aygün Kazımovanın yaradıcılığının 40 illiyinə həsr olunan “Best of AYGUN 40” albomunda müğənni Mərdan Kazımov da yer alıb.

OLAY yazır ki, Mərdan layihədə Kazımovanın məşhur “Əllərini uzat, gülüm” hitini rok janrında səsləndirib. İfaçı bu məşhur mahnıya Mayis Əhmədovun rejissorluğu ilə klip də çəkdirib. O, layihəsini YouTube və digər platformalarda yayımlayıb.

Musiqisi Azər Allahverdiyev və Vaqif Gərayzadəyə, sözləri isə Sərvər Şahbəyliyə məxsus olan bəstənin aranjimanı Zaur Aliyə aiddir.