Xalq artisti Emin Ağalarov qızı Əminə ilə bağlı paylaşım edib.
OLAY yazır ki, Emin Əminənin görüntülərini paylaşıb.
O, “Əminə” mahnısının işıq üzü gördüyündən danışıb:
“Bildiyiniz kimi, bu gün “Əminə” mahnsı işıq üzü gördü. Məhz elə bizdə hava limanındayıq, Moskvadan Bakıya uçuruq. Bu gün mənim qızımı şəxsən təbrik etmək şansım var”.
Əminə isə kadrlarda “Atanla fəxr edirsən” sualımı cavablandırıb:
“Çox. Hər şeyi o tikib, yaradıb. Sonra mənim üçün mahnı yazdırıb. Çox şey edib.
O oxuyur, mən də oxumaq istəyirəm. Ata, səninlə çox fəxr edirəm”.
















