Əməkdar artist Dilarə Əliyeva yol hərəkəti ilə bağlı cərimələrdən şikayətlənib.
OLAY yazır ki, sənətçi bu barədə sosial media hesabında paylaşım edib.
“Nə qədər ədalətlidir? 21 balda sürücülük vəsiqəsi əldən alınır. Həm cərimə yazırlar, həm də bal yazılır. Cərimə varsa, o zaman bal niyə yazılır? Burada yox, orada saxladı, xətti bu yanda yox, o yanda keçdi. Buna görə 40-100-200 manat cərimə gəlir. Adamlar var ki, gününə heç 15 manat qazanmır. “Belə yox, belə sür, burada dayanma, orada dayan”. Bununla bağlı balın yazılması ədaləti deyil. Oturaq fikirləşək, insanları yarandığına peşman etməyək”, - deyə, o bildirib.
https://www.facebook.com/share/r/18fmR75kHn/
















