Əməkdar artist Firdovsi Atakişiyev mərhum həyat yoldaşı, Xalq artisti İranə Tağızadə ilə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi xanımın vəfatının 3-cü ilində ona bu sözləri ünvanlayıb:
“9 aprel 2023-cü ildə Azərbaycan teatrı görkəmli rejissoru İranə Tağızadəni, mən isə ən böyük sevgimi itirdim. Bu gün mələyimin səmalara qovuşduğu gündür”.
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İranə Tağızadə 66 yaşında xəstəlik səbəbilə həyatını itirib.



















