"Muhteşem Yüzyıl"ın ulduzları Meryem Uzerli və Halit Ergençi illər sonra eyni layihədə birləşdirən "İmroz’da Bahar" filminin çəkilişləri dünən Gökçeadada başlayıb.
OLAY yazır ki, yerli və xarici bazarda 50-dən çox ölkədə ekrana çıxması planlaşdırılan "İmroz’da Bahar" (Spring in Imroz) filminin setindən ilk şəkillər paylaşılıb.
Təbiəti, tarixi və mədəni quruluşu ilə diqqət çəkən Gökçeadada baş tutan film, adada yolları kəsişən iki fərqli həyatın hekayəsini mərkəzə alır.
















