Pərviz “Alışdırma”nı səsləndirdi

Pərviz “Alışdırma”nı səsləndirdi

Bəstəkar-müğənni Pərviz Mahmudov Xalq artisti Aygün Kazımovanın “Best of Aygun 40“ albomunda sənətçinin ən sevilən hitlərindən olan “Alışdırma” əsərini səsləndirib.

OLAY yazır ki, sənətçinin komandası bildirib ki, layihə üzərində çalışarkən əsas məqsəd mahnının ruhunu itirmədən ona yeni nəfəs vermək olub.

Pərviz Mahmudov söyləyib ki, “Alışdırma” kimi məşhur bir mahnıya yenidən toxunmaq böyük məsuliyyət tələb edir:

“Bu mahnı artıq öz yerini tutmuş bir hitdir. Mən çalışdım ki, onu dəyişməyim, sadəcə yeni hisslərlə təqdim edim”.

Qeyd edək ki, mahnının musiqisi Pərviz Mahmudova, sözləri Leyli İsrafilovaya aiddir.