Efendi viral olan ifasını yayımladı

Efendi viral olan ifasını yayımladı

Xalq artisti Aygün Kazımova “Best of Aygün 40” adlı yeni albomunu təqdim edib.

OLAY yazır ki, sənətçinin ad günündən sonra sosial mediada böyük maraq doğuran “Ey Mənim Dünyam” mahnısı da albomda yer alıb. Mahnı Avroviziya təmsilçimiz Samira Efendi tərəfindən yeni interpretasiyada səsləndirilib.

Mahnının musiqisi Vaqif Gərayzadə, sözləri isə Sərvər Quliyevə məxsusdur. Yeni aranjimanın müəllifi Etibar Əsədlidir.

“Ey Mənim Dünyam” hazırda audio formatda dinləyicilərə təqdim olunub. Yaxın zamanda mahnının klipi də yayımlanacaq. Klip üzərində dünya ulduzları ilə — Sia, Kylie Minogue, Ava Max və Kygo kimi məşhurlarla çalışmış komanda işləyir.