Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

Məşhur alman aktyor Mario Adorf 95 yaşında vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə onun meneceri Maykl Starka istinadən məlumat yayıb.

Aktyorun qısamüddətli xəstəlikdən sonra Parisdəki mənzilində vəfat etdiyi bildirilir.

Qeyd edək ki, M, Adorf 8 sentyabr 1930-cu ildə Sürixdə anadan olub. Filmlərdə və seriallarda 200-dən çox rol oynayıb.

Onun ən məşhur rollarına "Smillanın qar hissi",  "On zənci balası", "Qalay nağara" filmləri daxildir.

Milli.Az