Dilarə Əliyeva tacik milli geyimində podiuma çıxdı

Dilarə Əliyeva tacik milli geyimində podiuma çıxdı

Aprelin 7-i Bakıda “Chakan Fashion Show” baş tutub.

OLAY yazır ki, Tacikistanın Azərbaycandakı səfiri İlhom Abduraxmonun iştirak etdiyi tədbirdə tacik dizaynerlər Xurşed Sattorov, Sulxiya Ğulomova, Vays Asoevin dəb nümayişi baş tutub.

Əməkdar artist Dilarə Əliyeva şouda tacik milli geyimində podiuma çıxıb.

Tədbirdə Xalq artisti Gülyanaq Məmmədova, tacik klassik müğənnisi Cahongir Zaripov, tacik şaşmakom müğənnisi Xurşed İbrahimov səhnə alıb.

Vüsalə Babayevanın rəhbərliyi ilə Bakı Xoreoqrafiya Akademiyasının rəqs kollektivinin ifasında Tacik milli rəqsləri təqdim olunub.