“Yaxında öləcəyəm” - məşhur müğənni QORXUTDU

“Yaxında öləcəyəm” - məşhur müğənni QORXUTDU

Türkiyəli məşhur müğənni Serdar Ortaç növbəti açıqlaması ilə yenidən gündəmə gəlib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir Multipl Skleroz (MS) ilə mübarizə aparan sənətçi sosial şəbəkədə açdığı canlı yayım zamanı səsləndirdiyi fikirlərlə izləyicilərini kövrəldib. O, yaxında öləcəyini bildirib.

Ortaç çıxışında səhhətinin ağırlaşdığını eyham vuraraq, həyatına dair düşündürücü sözlər səsləndirib. O, pərəstişkarlarına müraciət edərək yaradıcılığı ilə bağlı bir növ vəsiyyətini açıqlayıb. Müğənni bəzi mahnılarının yetərincə diqqət görmədiyini bildirib və həmin əsərlərin gələcəkdə yaşadılmasını istəyib.

"Bu mahnılar unudulmasın, insanlara çatdırılsın", - deyə sənətçi vurğulayıb.

Sənət yolunun asan keçmədiyini qeyd edən Ortaç, illər boyu müxtəlif çətinliklərlə qarşılaşdığını da gizlətməyib:

"Ayaqdayam, ancaq məni bitirmək istəyənlər oldu. 35 ildir sənətdəyəm və hələ də davam edirəm".

Müğənninin bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və pərəstişkarları tərəfindən narahatlıqla qarşılanıb.

Musa
Milli.Az