Əməkdar artist "milyonluq" EVİNDƏ - VİDEO

Əməkdar artist "milyonluq" EVİNDƏ - VİDEO

Çəkiliş qrupu Əməkdar artist Rəhman Rəhmanovun evində qonaq olub.

Milli.Az xəbər verir ki, aktyorun yaşadığı mənzil izləyicilərin diqqətini xüsusilə onun xanımının yaratdığı səliqə-sahmanı ilə cəlb edib. Sadə və təvazökar şəraitdə yaşayan sənətçinin evi sosial şəbəkələrdə maraq doğurub.

Məlum olub ki, Rəhman Rəhmanov hazırda 1 otaqlı mənzildə yaşayır. Lakin aktyor bu evin onun üçün "milyon dəyərində" olduğunu vurğulayıb. O, açıqlamasında mənəvi rahatlığın və doğmalığın maddi dəyərdən daha üstün olduğunu bildirib.

Səmimi fikirləri ilə diqqət çəkən sənətçi həyat fəlsəfəsi ilə də izləyicilərin rəğbətini qazanıb. Sözügedən anlar yayımlanan videoda geniş əks olunub və qısa zamanda müzakirələrə səbəb olub.

Musa
Milli.Az