Nihal Candanın məzarına uzandılar, anaları da VİDEOya çəkdi

Nihal Candanın məzarına uzandılar, anaları da VİDEOya çəkdi

Türkiyəli fenomenlər Bahar Candan və Su Candan mərhum bacıları Nihal Candan ilə bağlı paylaşım edərək gündəmə gəlib.

Milli.Az xəbər verir ki, onlar bir müddət əvvəl vəfat edən bacılarının məzarını ziyarət edərək orada çəkilən görüntüləri sosial şəbəkədə yayımlayıblar. Kadrlarda bacıların məzar üzərində uzanaraq duyğusal anlar yaşadığı, analarının isə bu anları lentə aldığı əks olunub.

Qeyd edək ki, Nihal Candan "İşte Benim Stilim" proqramı ilə tanınıb. O, bacısı ilə birlikdə Türkiyədə "çirkli pulların yuyulması" ittihamı ilə aparılan araşdırmalar çərçivəsində həbs edilmişdi. Daha sonra aclıq aksiyasından sonra azadlığa buraxılan Nihalın səhhəti kəskin pisləşmiş, çəkisi 23 kiloqrama qədər düşmüşdü. O, sonradan xəstəxanada dünyasını dəyişib.

Musa
Milli.Az