"Dünyanın ən gözəl qızı" kimi tanınan model Tilan Blondo 25 yaşını xüsusi paylaşımla qeyd edib.
Milli.Az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, məşhur model yeni yaşını sosial şəbəkədə uşaqlıq fotosu paylaşaraq elan edib. Onun bu paylaşımı izləyicilər arasında böyük maraq doğurub.
Modellik fəaliyyətinə erkən yaşlardan başlayan Tilan Blondo paylaşdığı arxiv şəkli ilə pərəstişkarlarını nostalji xatirələrə aparıb. Qısa müddətdə minlərlə bəyənmə toplayan paylaşımın altında modelə ünvanlanan çoxsaylı təbrik mesajları da yer alıb.
Qeyd edək ki, Blondeau cəmi 6 yaşında olarkən "dünyanın ən gözəl qızı" kimi tanınıb və həmin dövrdən etibarən modellik karyerasında sürətlə yüksəlməyə başlayıb.
Musa
Milli.Az





















