Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə qızı Nigarla bağlı paylaşımı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, tanınmış muğam ifaçısı övladı ilə birlikdə çəkilən görüntülərini izləyiciləri ilə bölüşüb.
Sənətçi paylaşımına duyğusal sözlər əlavə edərək, qızına olan sevgisini ifadə edib. O, "Əziz qızım Nigar, üzün hər zaman gülsün. Allah bütün övladları qorusun" sözlərini qeyd edib.
Paylaşım izləyicilər tərəfindən maraqla qarşılanıb və xoş rəylər alıb.
Musa
Milli.Az

















