"Paltarlarım təmiz və ütülü olmalıdır"

"Paltarlarım təmiz və ütülü olmalıdır"

Müğənni Zamiq Hüseynov ev həyatındakı tələblərindən danışaraq diqqət çəkib.

Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, onun üçün evdə ən vacib məsələ səliqə-sahmandır. O, qeyd edib ki, xüsusilə geyimlərinin təmiz və ütülü olması onun əsas "olmazsa-olmaz"ları sırasındadır.

Zamiq Hüseynov yemək məsələsində isə o qədər də tələbkar olmadığını vurğulayıb. İfaçı deyib ki, səhər yeməyini adətən özü hazırlayır, günorta yeməyini isə ya evdə, ya da çöldə yeyir.

Onun sözlərinə görə, kiçik və sadə yeməklərin hazırlanması heç bir problem yaratmır. Sənətçi üçün əsas şərtin təmizlik olduğunu xüsusi qeyd edib.

Müğənninin bu açıqlamaları sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyicilər arasında müzakirələrə səbəb olub.

Musa
Milli.Az