Bu həftədən 11 günlük bayram tətili başlayır

Bu həftədən 11 günlük bayram tətili başlayır
Bu həftədən 11 günlük bayram tətili başlayır

Bu həftənin cümə günündən başlayaraq, Ramazan və Novruz bayramları ilə əlaqədar ardıcıl 11 qeyri-iş günü olacaq.

OLAY yazır ki, Nazirlər Kabinetinin qərarına əsasən, 20, 21, 22, 23, 24 mart tarixləri Novruz bayramı günləri müəyyən edilib.

Belə ki, 2026-cı ilin martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart qeyri-iş günləri olacaq.

Martın 20, 21-i qeyd ediləcək Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab olunur. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən, növbəti iş günləri - 27 və 30 mart da qeyri-iş günləri olacaq.

Bununla da Novruz və Ramazan bayramları ilə əlaqədar ölkəmizdə 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günləri olacaq.

Bayramlardan sonra ilk iş günü isə martın 31-i olacaq.

Mənbə: olay.az