"Azərbaycanda ilk Zaur mən olmuşam"

"Azərbaycanda ilk Zaur mən olmuşam"
"Azərbaycanda ilk Zaur mən olmuşam"

"Elə mahnılar oxumuşam ki, insanlar ona oynamayıb. Bu cəsarəti insanlara verəməmişəm ki, mahnıma oynayın. İndi hindsayağı mahnılar oxunur".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev "Zaurla Günaydın" proqramında deyib. Müğənni aparıcı Zaur Baxşəliyevin "Sizə adıma görə nə qədər təzminat ödəyəcəyəm" sualına belə cavab verib:

"Siz adımı layiqli yaşadırsınız, sizə özüm ödəyəcəyəm. Digər Zaurlardan təzminat alacağam. Bu ad o illərdən məndən gəlib. İlk Zaur mən olmuşam. Azərbaycanda mən yaşda Zaur yoxdur. Anarın da əsərindəki Zaur mənəm. Məni nəzərdə tutub, Fəxrəddin Manafov sevdiyim aktyordur. Mən ola-ola niyə Fəxrəddini çəkib? Yəqin başı qarışıq olub, fikrindən çıxıb. Yenə də sağ olsun ki, adı filmə çəkib".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Mənbə: news.milli.az