Nigar Fərhad səssizliyini pozdu: "Sizə bəd xəbəri verim ki..."

Nigar Fərhad səssizliyini pozdu: "Sizə bəd xəbəri verim ki..."

Bağlanan "Sözün bitdiyi an" verilişinin aparıcısı Nigar Fərhad səssizliyini pozub.

Milli.Az xəbər verir ki, aparıcı video-paylaşım edərək son zamanlar cəmiyyətdə baş verən hadisələrə reaksiya verib.

O, həmçinin böyük qınağa səbəb olduğu sözlərinə də aydınlıq gətirib:

"Düşünürdünüz ki, Nigar Fərhadı vurmaq üçün ən böyük şansınız bu dəqiqədir. Vura da bilməmisiniz. Sizə bəd xəbəri verim ki, beyninizdə olan şey yoxdur, həyata keçmədi. Narahat olmayın. Hər şey qaydasındadır.

(function(containerId) { if (typeof window.loadAdVideoZL === 'undefined') { window.loadAdVideoZL = new Promise((resolve, reject) => { import('/vast_test/main.js?20250529001') .then(module => { window.initAdVideoZL = module.default; resolve(window.initAdVideoZL); }) .catch(reject); }); } window.loadAdVideoZL.then((initAdVideoZL) => { initAdVideoZL(containerId); }); })('ad-video-container-6846b0ae4c84c');

Sizin vicdanınız olsun. Mən donum qaldım. Dörd oğlan 14 yaşlı qızı nə günlərə qoyub. Məni o vaxt paylaşan bloqerlər, haradasınız? Paylaşırdınız ki, Nigar Fərhad atasız qızlardan danışdı. Mən özüm atasız qızam. Heç vaxt atasız qızlara söz deməmişdim. Nə demişdimsə, hər kəs - komandamız, jurnalistlər əslində nə demək istədiyimi bilirdi. Siz də bölüşüb, gözümə soxurdunuz".

Xatırladaq ki, Nigar Fərhadın "Oğluma atasız qız almaram" sözləri cəmiyyətdə geniş müzakirələrə səbəb olmuşdu və "Kanal S" verilişin yayımını dayandırmışdı.

Hüseyn 
Milli.Az