Türkan toyda çətin anlar yaşadı - VİDEO

Türkan toyda çətin anlar yaşadı - VİDEO

Müğənni Türkan Vəlizadə qatıldığı məclislərdən birində yaşadığı çətin anlarla gündəmə gəlib.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə sənətçinin toy məclisində canlı ifa zamanı musiqiçilərlə uyğunlaşmaqda çətinlik çəkdiyi iddia olunur. Bildirilir ki, ifa zamanı ansambl ilə "dil tapa" bilməyən müğənni bir neçə dəfə ritm və ton baxımından problemlə üzləşib.

İddialara görə, Türkan Vəlizadə ifa etdiyi mahnının düzgün tonunu tapmaqda çətinlik çəkib. Bu məqam isə həm məclisdə iştirak edənlərin, həm də sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb.

Yayılan kadrlar qısa zamanda geniş müzakirələrə səbəb olub. Bəzi izləyicilər canlı ifanın çətinliyini nəzərə alaraq sənətçini müdafiə etsə də, digərləri musiqiçilərlə peşəkar koordinasiyanın vacibliyini vurğulayıblar.

Həmin görüntünü təqdim edirik:

Musa
Milli.Az